• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Azərbaycanda benzin UCUZLAŞDI

İQTİSADİYYAT

15 Iyul 2024 | 00:13 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda benzin UCUZLAŞDI

Bu gündən etibarən "Avro-5" keyfiyyət göstəricilərinə uyğun olaraq istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiyməti 40 qəpik azalaraq 1.60 manat olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SOCAR tərəfindən məlumat yayılıb.

SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda "Avro-5" standartına cavab verən Aİ-95 markalı avtomobil benzini istehsalına başlanılıb.

Bildirilib ki, SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları "Avro-5" standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanıb.

Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq "Avro-5" standartlarına çatdırılıb.

Bununla da, 2014-cü ildən hazırkı vaxtadək xaricdən idxal etdiyimiz Aİ-95 markalı avtomobil benzini bu gündən daxili istehsal hesabına təmin edilərək satılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026