Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında məlumat verilib.
Məlumata görə, buna səbəb İranın Rusiyaya hərbi yardım göstərdiyi iddiasıdır.
Belə ki, İranın ən böyük gəmi sahibi şirkəti olan İran İslam Respublikası Dəniz Gəmiçiliyi Qrupu və onun direktoru Aİ-nin qara siyahısına salınıb.
Avropa İttifaqı həmçinin İran silah və sursatlarının daşınmasına görə Rusiyanın üç gəmiçilik şirkətinə - "MG-Flot", "VTS-Broker" və "Arapax"a qarşı sanksiyalar tətbiq edib.
Aİ Şurası qeyd edib ki, bu tədbirlər İranın pilotsuz uçuş aparatlarının, raketlərinin və müvafiq texnologiya və komponentlərinin ötürülməsi üçün gəmi və limanlardan istifadənin qarşısını almaq məqsədi daşıyır.
Mina Mikayılova