Avropa İttifaqı (Aİ) Şurası Moldovada vəziyyətin sabitliyinin pozulması ilə əlaqədar ona qarşı sanksiyaları genişləndirib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, məhdudiyyətlər ANO “Avrasiya” təşkilatına, onun təsisçisi Nelli Parutenkoya qarşı tətbiq edilib.
Bundan başqa, Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul, Qaqauz siyasətçiləri Yuri Kuznetsov, İlya Uzun və Mixail Vla da sanksiyalara məruz qalıb.
Mina Mikayılova
















