• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana gedib

CƏMİYYƏT

30 Noyabr 2021 | 16:31

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana gedib

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın paytaxtı İrəvanda səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, o, Baş nazir Nikol Paşinyanla regional məsələləri müzakirə edib.

Eyni zamanda dekabrda Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti ilə bağlı məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Nikol Paşinyan Ermənistan - Avropa İttifaqı əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib və ikitərəfli münasibətlərin inkişafı kontekstində "Şərq Tərəfdaşlığı" sammitinin əhəmiyyətini qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026