• Bakı C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.7676

    RUB - 1.6798

AİB Ukraynaya 86 milyon avro ayırdı

DÜNYA

24 Dekabr 2024 | 13:30

AİB Ukraynaya 86 milyon avro ayırdı

Avropa İnvestisiya Bankı (AİB) Ukraynanın enerji infrastrukturunu Rusiyanın hücumlarından qorumaq üçün 86 milyon avro ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ukraynadakı Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, AİB Ukraynanın kritik enerji infrastrukturunun qorumaq üçün Ukraynanın milli elektrik ötürücü sistem operatoru "Ukrenergo"ya 86 milyon avro yönəldib.

"Bu maliyyə yardımı davam edən müharibə fonunda Ukraynanın enerji infrastrukturuna dəyən ziyanın aradan qaldırılması üçün Bank tərəfindən 2024-cü ilin oktyabrında qəbul edilmiş Ukrayna enerjisini "xilasetmə planı"nın tərkib hissəsidir. Vəsait elektrik ötürücü avadanlıqlar üçün qoruyucu anti-dron konstruksiyalarının tikintisinə, onun hərbi hücumlara qarşı dayanıqlığının gücləndirilməsinə və müharibə zamanı Ukraynanın enerji ötürücü infrastrukturunun təhlükəsizliyinin və funksionallığının təmin edilməsinə kömək edəcək", -məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

24 Dekabr 2024