• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ali Məhkəməyə yeni hakimlər təyin edildi - SİYAHI

CƏMİYYƏT

23 Dekabr 2022 | 12:30

Ali Məhkəməyə yeni hakimlər təyin edildi - SİYAHI

Azərbaycan Respubliaksının Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında" layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026