• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Almaniya avtomobil satışını dayandırır?

DÜNYA

20 Iyul 2026 | 09:11 | Müəllif: Aynur Babazadə

Almaniya avtomobil satışını dayandırır?

Almaniya kansleri Fridrix Merz hökumətin ölkənin avtomobil sənayesini yenidən sabitləşdirmək və rəqabət qabiliyyətini artırmaq üçün bütün mümkün addımları atdığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, ZDF telekanalına müsahibəsində danışıb.

    Merz qeyd edib ki, hazırda avtomobil sənayesi Almaniya iqtisadiyyatının ən çətin vəziyyətdə olan sahəsidir. Onun sözlərinə görə, bu vəziyyətin yaranmasına enerji qiymətlərinin artması ilə yanaşı, Çin avtomobillərinin dövlət subsidiyaları hesabına Avropa bazarında güclənməsi də təsir göstərib.

    Kansler bildirib ki, bu məsələni Fransa hökuməti ilə də müzakirə edib və hazırda Almaniya ilə Fransa Avropa avtomobil sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün birgə strategiya hazırlayırlar. O vurğulayıb ki, hökumət bu prosesdən təsirlənən şirkətlər və işçilərlə dialoqu davam etdirəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Sentyabr 2026