• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Almaniya Ukraynaya daha 3 HHM sistemi verəcək

DÜNYA

24 Oktyabr 2022 | 16:17

Almaniya Ukraynaya daha 3 HHM sistemi verəcək

Almaniya kansleri Olaf Şolts bəyan edib ki, ölkəsi yaxın vaxtlarda Ukraynaya əlavə 3 ədəd İRİS-T Hava Hücumundan Müdafiə (HHM) sistemi göndərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə kansler 5-ci Almaniya-Ukrayna forumunun açılışında bəyanat verib.

O, həmçinin qeyd edib ki, rəsmi Berlin ehtiyac olduğu müddət ərzində, həmkarları ilə birlikdə, Ukraynaya dəstək olacaq.

“Biz qəti şəkildə bu mübarizədə Ukraynanın tərəfindəyik və bu mübarizə həmçinin Avropada təhlükəsizliyin və sülhün uğrunda mübarizədir. Biz Ukraynanı siyasi, maliyyə, iqtisadi və humanitar cəhətdən, silah baxımından dəstəkləyəcəyik”, - kansler vurğulayıb. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR