• Bakı 7° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Almaniya Ukraynaya hərbi yardımı dayandıra bilər

DÜNYA

19 Avqust 2024 | 12:25 | Müəllif: Gülşən Şərif

Almaniya Ukraynaya hərbi yardımı dayandıra bilər

"Almaniyadan hərbi yardımın azaldılması Ukrayna üçün ölümcül siqnal olar".

Bakıvaxtı.az "NTV"yə istinadən xəbər verir ki, bunu Almaniya Bundestaqının deputatı, Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Mixael Rot deyib.

Onun sözlərinə görə, gələcək federal büdcələrdə Kiyevə yeni yardım üçün əlavə vəsait ayrılması planlaşdırılmırsa, bu, Almaniya hökumətindən Ukrayna üçün ölümcül siqnal olacaq.

Qeyd edək ki, avqustun 17-də Frankfurter Allgemeine Zeitung (FAZ) qəzeti maliyyə naziri Kristian Lindnerin müdafiə naziri Boris Pistoriusa məktub yazaraq, Almaniyanın Ukraynaya hərbi yardımını məhdudlaşdırmağın zəruriliyini bildirib. Buna isə səbəb isə Almaniyanın dövlət büdcəsinin artmamasıdır.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026