"Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında görüş Ukraynada tezliklə atəşkəsə səbəb ola bilər".
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Alyaskanın keçmiş vitse-qubernatoru Loren Lehman deyib.
O, bildirib ki, bu görüş tezliklə atəşkəs və sülh sazişinə gətirib çıxaracaq mənalı dialoqu ehtiva edəcək.
"ABŞ prezidenti Ukraynadakı münaqişəyə son qoymağa çalışır. Ümid edirəm ki, Rusiya lideri də bunu istəyir", - deyə Lehman bildirib.
Gülşən Şərif