• Bakı 18° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Ankarada dəmiryolu stansiyası yaxınlığında yanğın

DÜNYA

04 Avqust 2021 | 16:56

Ankarada dəmiryolu stansiyası yaxınlığında yanğın

Ankarada dəmiryol stansiyası yaxınlığında yanğın baş verib.

Bakıvaxtı.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu haqda məlumatı Ankara şəhərinin valisi Vasip Şahin açıqlayıb. Məlumata əsasən, yanğın Ankaranın yüksək sürət qatarları stansiyasının binasının yaxınlığında aparılan inşaat işləri zamanı yaranıb. 

Onun sözlərinə görə, yanğınsöndürənlərin cəld müdaxiləsi nəticəsində yanğını nəzarətə almaq mümkün olub.

Həmçinin qeyd olunur ki, dumanın təsirinə məruz qalan 2 inşaat işçisinə hadisə yerinə gələn təcili yardım maşınlarında yardım göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR