Məşhur müğənni Rafet El Roman şəxsi həyatı ilə bağlı şok açıqlamalar verib.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, 3 qadınla eşq yaşadığını bildirən müğənni “artıq ata olmamaq üçün sterilizasiya əməliyyatı keçirtdim” deyib.
İki qızı və bir oğlu olan sənətçi daha övladının olmayacağını vurğulayıb.
“Övladlarımla, onların anaları ilə çox yaxşı anlaşırıq, xırda problemlər olsa da, hamısına hörmətlə yanaşırıq. Çox şanslıyam ki, övladlarım heç vaxt məni incitməyib. Övladlarım məni çox sevirlər və aramızda böyük sevgi bağı var. Qardaşlar arasında da belədir. Övladlarımın anaları ilə həqiqətən gözəl, səmimi dostluğumuz var. Hər ikisinə minnətdaram və ömrümün sonuna qədər də belə qalacağam” deyən məşhur müğənni qeyd edib ki, ayrılarkən çox yanlış vəziyyətlər olub. Dediyinə görə, onu qınayanlar da olub, amma hadisələr heç bir halda mediada göstərildiyi kimi deyil.
Rafet El Roman deyib ki, heç vaxt qızlarını analarından qaçırıb, görmələrinə mane olan ata olmayıb: “Zaman bizə hər şeyi çox gözəl göstərdi. İndi anlayıram ki, övladlarım üçün hər şeyi düzgün etmişəm. Övladlarımın anaları ilə həmişə dost qalacağam və mənə ehtiyacı olanda hər ikisinin yanında olacağam”.
Murad Məmmədli
















