Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha 3 oyun keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, görüşlərdən ikisi C, biri D qrupunda baş tutacaq.
Günün ilk matçı D qrupunda İngiltərə və Xorvatiya yığmaları arasında olacaq. C qrupunda Avstriya Şimali Makedoniya ilə, Niderland isə Ukrayna ilə üz-üzə gələcək.
C qrupu
20:00. Avstriya - Şimali Makedoniya
23:00. Niderland - Ukrayna
D qrupu
17:00. İngiltərə - Xorvatiya
















