• Bakı 14° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

Avronest sessiyası yeni qarşıdurma yaratdı: Ermənistan Gütcüstanı niyə hədəfə aldı?

SİYASƏT

06 Noyabr 2025 | 13:35

Avronest sessiyası yeni qarşıdurma yaratdı: Ermənistan Gütcüstanı niyə hədəfə aldı?

Oktyabrın 28–30-da İrəvanda keçirilən Avronest Parlament Assambleyasının sessiyasında Gürcüstan hökumətinin legitimliyini şübhə altına alan sənəd qəbul edilib və Ermənistan nümayəndə heyəti həmin qətnamənin lehinə səs verib.

Bakıvaxtı.az bildirir ki, Ermənistanın Avropa strukturlarının Gürcüstan hakimiyyətinə qarşı qəbul edilən qətnamələrə dəstək verməsi Tbilisidə narazılıq doğurub. Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani bu addımı kəskin tənqid edərək bildirib ki, erməni deputatların mövqeyi rəsmi İrəvanın, o cümlədən baş nazir Nikol Paşinyanın siyasəti ilə ziddiyyət təşkil edir.

Ermənistanla Gürcüstan arasında yaranan bu diplomatik gərginlik regionda yeni qarşıdurma riskini artıra bilərmi? Ermənistanın sənədin lehinə səs verməsinin kökündə hansı səbəblər durur?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, Ermənistanın bu addımını Paşinyan hökumətinin Qərblə inteqrasiyanı sürətləndirməyə və Avropa strukturlarında etibarlı tərəfdaş kimi tanınmağa çalışması kimi qiymətləndirmək lazımdır.

Onun sözlərinə görə, Avronest platformasında Gürcüstanın tənqid olunduğu bir sənədin lehinə səs vermək rəsmi İrəvanın Qərb siyasi gündəminə uyğun davranmaq və Avropa paytaxtlarında tərəfdaş imici formalaşdırmaq cəhdindən irəli gəlir:

"Gürcüstanın xüsusilə də son dövrlərdə Qərb strukturlarına qarşı tənqidi mövqeyini nəzərə alsaq, indi Ermənistanın bu şəkildə səs verməsi İrəvanın özünü Qərbə daha yaxın mövqedə göstərmək istədiyinin təzahürüdür. Məsələ burasındadır ki, Gürcüstan uzun illər ərzində Qərbin Cənubi Qafqazdakı əsas tərəfdaşı qismində çıxış edirdi. Azərbaycan və Ermənistan arasında münaqişənin mövcudluğu bütün Qərb institutlarını məhz öz Cənubi Qafqaz siyasətlərini məhz Gürcüstan üzərindən qurmağa sövq etmişdi. Ermənistan isə son illər Qərblə daha yaxın münasibətlər qurmağa və Qərb tərəfdaşı rolunu qismən bölüşməyə cəhd edir".

Yusif Bağırzadə: Ermənistanın bu qətnaməyə dəstəyi "Moskva təsirindən uzaq, Qərbə sadiq" imicini möhkəmləndirmək məqsədi daşıyır

Y.Bağırzadə hesab edir ki, bu məsələdə Rusiya amilini də nəzərdən qaçırmaq olmaz.

"Rusiya ilə strateji əlaqələrin zəiflədiyi bir dövrdə Paşinyan hökuməti Qərb strukturlarında daha aktiv mövqe sərgiləyərək yeni siyasi dayaqlar formalaşdırmaq istəyir. Gürcüstan hökumətinin son zamanlar Qərbin tənqidlərinə qarşı sərt reaksiya verməsi fonunda, Ermənistanın bu qətnaməyə dəstəyi dolayısı ilə "Moskva təsirindən uzaq, Qərbə sadiq" imicini möhkəmləndirmək məqsədi daşıyır. Təbii ki, Ermənistan tərəfindən atılmış bu addımın müyyən diplomatik nəticələri olacaq", - deyə müsahibimiz izah edib.

Politoloqun proqnozuna görə, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə müəyyən soyuqluğun meydana gələcəyi və etimad böhranın olacağı ehtimalı var.

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 Noyabr 2025