• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Avropa İttifaqı Ukraynaya 50 milyard dollarlıq kredit verə bilər

İQTİSADİYYAT

16 Iyul 2024 | 17:43 | Müəllif: Gülşən Şərif

Avropa İttifaqı Ukraynaya 50 milyard dollarlıq kredit verə bilər

"Avropa ittifaqı bu ilin sonuna qədər bütün qanunvericilik işlərini başa çatdırmaq üçün Ukraynaya 50 milyard dollar həcmində böyük kredit paketi təklifini təqdim edəcək".

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan kreditin həcmi dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin faizlərinə və əsas borcun ödənilməsinə əsaslanır. 

"Maliyyə departamentlərinin rəhbərləri təklifin tezliklə təsdiqlənməsinə dair yekdil dəstək nümayiş etdirirlər. İrəli sürülən təklif gələn həftə Rio-de-Janeyroda baş tutacaq G7 ölkələrinin maliyyə idarələri rəhbərlərinin görüşündə müzakirə olunacaq", - deyə Gentiloni vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026