Suriyada hakimiyyət dəyişikliyindən və keçmiş dövlət başçısı Bəşər Əsədin prezidentliyi başa çatdıqdan sonra Aİ -dəki bütün suriyalı qaçqınlar vətənlərinə qayıtmalıdırlar.
Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin Almaniyadan olan üzvü Aleksandr Yunqblut Avropa Komissiyasına müraciətində bildirib.
Onun sözlərinə görə, son illərdə Avropaya gələn suriyalı sığınacaq axtaran şəxslər Əsəd rejimindən qaçmaq üçün Avropaya qaçıblar. Lakin Suriyanın yeni hakimiyyət orqanları artıq xaricdəki suriyalıları ölkəyə qayıtmağa çağırıb:
"Sığınacaq axtaranların öz ölkələrinə qayıtmasına heç nə mane olmur".
Gülşən Şərif