• Bakı 16° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Avtomobil dayanacağa çırpıldı: 3 ölü, 6 yaralı

HADİSƏ

19 Mart 2024 | 12:27

Avtomobil dayanacağa çırpıldı: 3 ölü, 6 yaralı

Türkiyədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə Konya-Karaman yolunda qeydəa lınıb. Belə ki, sürücünün idarəetməsindən çıxan avtomobil yol kənarındakı avtobus dayanacağına çırpılıb.

Hadisə zamanı dayanacaqda gözləyən 3 nəfər yerindəcə ölüb. Sürücü də daxil olmaqla 6 nəfər xəsarət alıb.

Polis ölən və yaralananların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026