• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ayaz “Altın Kelebek”dən yazdı: “Şükür edərək ağladım”

MƏDƏNİYYƏT

26 Yanvar 2024 | 10:32

Ayaz “Altın Kelebek”dən yazdı: “Şükür edərək ağladım”

“Altın kelebek” mənim illərimin əziyyətidir. Sıfırdan gələrək, qısa zamanda o qədər hit verdim. Konsertlər etdim, edirəm də…”

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri son zamanların ən çox danışılan müğənnilərindən olan Ayaz Babayev sosial media hesabındakı paylaşımına yazıb.

Müğənni mükafatı aldıqdan sonra göz yaşlarını saxlaya bilmədiyini etiraf edib:

“Mükafatı aldıqdan sonra içdən “oh” dedim. Sonra isə təklikdə şükür edərək ağladım. O an Allahın belə mənimlə qürur duyduğunu hiss etdiyim an idi…”

Ayaz Babayev bu yolda onun qarşısını kəsmək istəyənlərə də cavab verib:

“Hər yerdə yoluna daş qoyulan bir uşaq gedib, Türk dünyasının ən böyük musiqi mükafatını alır… Mənim nə əziyyətlərdən keçdiyimi heç kəs bilmir. 18 yaşımda, ilk iş yerimdə nələr yaşadığım ağlımdan keçdi…”

Qeyd edək ki, Ayaz Babayevin “Altın Kelebek” mükafatına layiq görülməsindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, onun bu uğuru şou biznes sakinləri tərəfindən hələ də müzakirə olunur. İfaçının uğuruna sevinənlərlə yanaşı, bunu qəbul etməyib, onun mükafat üçün hər hansı ödəniş etməsi ilə bağlı iddialar irəli sürülür. Ayazsa açıqlamaların birində bu iddianın əsassız olduğunu bildirib.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR