• Bakı 17° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azad edilmiş ərazilərin əvvəlki potensialını geri qaytararaq böyük nailiyyətlər əldə edə bilərik

LAYİHƏ

03 Noyabr 2023 | 13:33

Azad edilmiş ərazilərin əvvəlki potensialını geri qaytararaq böyük nailiyyətlər əldə edə bilərik

6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviqi

Müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son beş ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirib. "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" deyən dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilib. 2004-cü ildən etibarən icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hesabına ölkə əhalisinin 77 faizinin yaşadığı regionların sosial infrastrukturu köklü şəkildə yaxşılaşdırılıb, əhalinin rifah halı yüksəlib.

Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib.

Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirib.

Bu gün Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. İqtisadiyyatın dayanıqlı olması, eləcə də şaxələndirilməsi xüsusilə onun dinamik inkişafı üçün ən başlıca şərtdir. Nəzərə alsaq ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsidir və bu səbəbdən də xarici mühitdən təsirlənə bilir, deməli, uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, həm də makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi daim təmin olunmalıdır və bu, hər zaman prioritet olaraq qəbul edilir.

Asif İbrahimov: Regionların inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində çox işlər görülür

İqtisadçı ekspert Asif İbrahimov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, regionların inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində çox işlər görülür. Onun sözlərinə görə, regionlarda bir çox layihələrin icra olunması və infrastrukturun qurulması üçün bu illər ərzində yüz milyarddan artıq vəsait sərf olunub. İqtisadçı hesab edir ki, regionların inkişafına maliyyə ayrılması ilə bağlı hər hansı ciddi problem yoxdur: “Orda sırf inzibati problemlər müşahidə olunur. Misal üçün regionlarda yaşayan əhalinin böyük əksəriyyəti dövlət qurumları və ya dövlət büdcəsindən maliyyələşən təşkilatlarda fəaliyyət göstərirlər. Bu, həqiqətən qorxulu haldır. Biz regionlarda hələ SSRİ-dən çıxmamışıq. Bu o deməkdir ki, regionlarda təşviq işləri həyata keçirilməlidir. Bu da icra hakimiyyətlərinin üzərinə düşən öhdəliyi nöqsanlı yerinə yetirməsi ilə bağlıdır”.

Ekspert qeyd edib ki, son illər bununla bağlı müəyyən dəyişikliklər var: “Yəqin ki, 3-4 il sonra bunun faydalarını müşahidə edəcəyik. Azad olunmuş ərazilərdə iki iqtisadi rayon mövcuddur: Kəlbəcər, Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları. Həmin ərazilərdə hər zaman mineral sular, faydalı qazıntılar, kənd təsərrufatı, heyvandarlıq, üzümçülük, taxılçılıq, mədəni və tarixi abidələrimiz mövcuddur. Həmin ərazilərin iqtisadi baxımdan perspektivini daha da artırmaq üçün işlər görülür. Biz həmin iki iqtisadi rayonun əvvəlki potensialını geri qaytararaq böyük nailiyyətlər əldə edə bilərik”.

 

Xaliq Kərimli: Təhlükəsizlik tam təmin olunduqdan sonra iqtisadiyyatımız daha da inkişaf edəcək

İqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ölkə prezidenti yay ayında Qarabağ və Şərqi Zəngəzurda çıxışı zaman dedi ki, indiyə qədər 6 milyard dollardan çox vəsait Şərqi Zəngəzur və Qarabağın bərpasına sərf edilib: “Növbəti ilin büdcəsində də ilkin olaraq 3,83 milyard manat ayrılacaq. Yənu bu istiqamətdə kifayət qədər vəsait ayrılıb”.

Müsahibimizin sözlərinə görə, həmçinin, yolların tikintisinə, ərazilərin minadan təmizlənməsinə, dəmiryol xəttinin çəkilməsinə, hava limanlarının, yaşayış yerlərinin tikilməsinə, elektrik və su xətlərinin çəkilməsinə xeyli vəsait ayrılıb. Dövlət üzərinə düşən bütün problemləri həll edir.

X.Kərimli qeyd edib ki, işğaldan azad olunmu. regionlarımızı dövlət inkişaf etdirməsə, heç kim etdirməyəcək: “İlkin olaraq dövlət infrasruktur qurur, ancaq dövlətin edəcəyi də bir yerə qədərdir. İqtisadiyyat məhdudlaşmanı sevmir. Təhlükəsizlik tam bərpa olunduqdan sonra insanlar ərazilərə rahat gedib çıxmalıdır. Təhlükəsizlik tam təmin olunduqdan sonra iqtisadiyyatın inkişafından daha çox danışa bilərik”.

Aytac Aslan

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

27 Aprel 2024