Aktauda təyyarə qəzasından sağ çıxan 29 nəfər xəstəxanaya aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in Operativ Qərargahı məlumat yayıb.
***
12:51
Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28 nəfərə çatıb, onlardan ikisi uşaqdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Manqistau vilayətinin Səhiyyə İdarəsindən “Kazinform”a bildirilib ki, hadisə yerində 4 nəfərin cəsədi aşkar edilib.
***
12:06
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarəsində 37 Azərbaycan vətəndaşı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına istinadən xəbər verir.
"İlkin məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - nazirliyin məlumatında bildirilib.
***
11:41
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
"Kazinform"un məlumatına görə, AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğradığı yerdən 12 nəfər müxtəlif xəsarətlərlə Manqistau vilayət xəstəxanasına çatdırılıb.
***
11:31
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Report Qazaxıstan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qəza nəticəsində 10 nəfər sağ qalıb.