• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Azərbaycan millisini güclü komanda kimi tanıyırıq" - Voroqovski

İDMAN

24 Sentyabr 2022 | 17:16

Azərbaycan millisini güclü komanda kimi tanıyırıq - Voroqovski

"Azərbaycan millisini güclü komanda kimi tanıyırıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının futbolçusu Yan Voroqvski Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı müdafiəçi rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Bilirik ki, ölkənizdə "Qarabağ" kimi güclü klublar. İstərdik ki, bizə də hörmət etsinlər".

O, matçın çətin olacağını söyləyib: "Sabah yüz faizlik nəticə əldə edəcəyik. Hansı taktiki ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik. Rəqib son 2 oyunda qələbə qazanıb. Slovakiyadakı nəticə bizim üçün sürpriz olmadı. Bu münasibətlə Azərbaycanı təbrik edirik".

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq. /Report


SON XƏBƏRLƏR

19 Aprel 2024