• Bakı C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Azərbaycan Prezidenti: Qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir

İQTİSADİYYAT

05 Yanvar 2026 | 23:04

Azərbaycan Prezidenti: Qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir

Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna "Energy Grid" deyirlər", - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, bununla paralel olaraq batareya saxlanc sistemləri də qurulmalıdır: "Biz ilkin mərhələdə xarici şirkətlərə müraciət etdik ki, onlar investor kimi bu işi görsünlər. Amma gördük ki, böyük maraq yoxdur. Yəni dövlət xətti ilə təxminən 250 meqavat gücündə birinci batareyalar artıq quraşdırılır, amma daha da çox olacaq. Çünki bizim, yenə də deyirəm, qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir".


SON XƏBƏRLƏR

06 Yanvar 2026