Suriyanın Hələb şəhərindəki hava limanının fəaliyyəti 24 saatlıq dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.
Məlumata görə, bütün reyslər müvəqqəti olaraq Dəməşq hava limanına yönləndirilib.
Qərarın Suriya Demokratik Qüvvələrinin (SDQ) Hələbin yaşayış məntəqələrini atəşə tutması ilə bağlı olduğu bildirilib.
Qeyd edək ki, Hələb şəhərində hökumət qüvvələri ilə SDQ qruplaşması arasında silahlı qarşıdurma baş verib./Axar.az
Bakı 




