• Bakı 15° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci artırıb

CƏMİYYƏT

04 Yanvar 2025 | 14:35

Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci artırıb

Ötən il Azərbaycan Türkiyədən 23,325 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.

Bakıvaxtı.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 17 % çoxdur.

Təkcə dekabrda Türkiyə Azərbaycana 1,766 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən % çoxdur.

Hesabat dövründə Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 13,5 % artaraq 2,728 milyard ABŞ dollarına, dekabrda isə 5,3 % artaraq 248 milyon ABŞ dollarına çatıb.


SON XƏBƏRLƏR

15 May 2025