• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

"Azərbaycan və Ermənistana məsləhət görürük ki.." -  İran HİDDƏTLƏNDİ

DÜNYA

22 Sentyabr 2022 | 14:18

Azərbaycan və Ermənistana məsləhət görürük ki.. -  İran HİDDƏTLƏNDİ

“İran regionda sərhədlərin hər hansı dəyişikliyinə imkan verməyəcək”.

Bakıvaxtı.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri Müqəddəs Müdafiə Həftəsi çərçivəsində təşkil olunmuş paradda çıxış edərkən deyib.

Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə toxunan Baqeri bunları deyib: “Azərbaycan və Ermənistana məsləhət görürük ki, problemlərini sülh vasitələri və dialoq yolu ilə həll etsinlər. Biz regionun sərhədlərinin dəyişməsinə səssiz qalmayacağıq.

Biz münaqişələr və müharibələrə başlamırıq, amma onlar başlayanda sakit durmuruq. Regionun təhlükələrdən azad olmasını və Qərbi Asiyada dostluq və əməkdaşlıqdan ibarət olmasını istəyirik”.


SON XƏBƏRLƏR

24 Aprel 2024