• Bakı 14° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Azərbaycanda bu avtomobillərə güzəştlər tətbiq olunacaq - Yanvarın 1-dən...

CƏMİYYƏT

05 Noyabr 2025 | 13:02

Azərbaycanda bu avtomobillərə güzəştlər tətbiq olunacaq - Yanvarın 1-dən...

"Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, elektrik mühərrikli və hibrid avtomobillərinə güzəşt yerli istehsala tətbiq olunacaq".

Bakıvaxtı.az bildirir ki, bu sözləri BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, yerli istehsal bu növ avtomoillər əlavə dəyər vergisindən azad olunacaq:

"Qeyd etmək lazımdır ki, Azərbaycanda elektrik və hibrid avtomobillərin istehsalının həyata keçirilməsi nəzərdə tutulub. Yanvarın 1-dən etibarən güzəştlər yerli istehsala tətbiq olunacaq. Eleketik avtomobillərinin ehtiyat hissələrinin Azərbaycana idxalında güzəştlərin tətbiqi təklif olunub. Növbəti ildən etibarən bu növ avtomobillərin ehtiyat hssələrinin ölkəmizə idxalı zamanı güzəştlər qüvvədə olacaq.

Hibrid və elektrik avtomobilləri üçün nəzərdə tutulan güzəşt müddəti 2026-cı il yanvarın 1-dən başa çatır. Həmin müddətin uzadılması təklif olunmadığı üçün həmin avtomobillərin Azərbaycana gətirilməsi zamanı güzəştlər olmayacaq".

 


SON XƏBƏRLƏR

04 Noyabr 2025