• Bakı 15° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Azərbaycanda həyata keçirilən orqan köçürmələrinin SAYI AÇIQLANDI

CƏMİYYƏT

05 Noyabr 2025 | 15:13

Azərbaycanda həyata keçirilən orqan köçürmələrinin SAYI AÇIQLANDI

"İlk dəfə ölkəmizdə orqan transplantasiyası ilə bağlı qanun 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilib. 2020-ci ildə isə “Donorluq və transplantasiya haqqında” yeni qanun qüvvəyə minib. Həmin qanuna əsasən, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılıb və fəaliyyətə başlayıb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Instagram”da canlı yayım zamanı məlumat verib.

Onun sözlərinə görə, mərkəz fəaliyyətə başladığı ilk gündən etibarən sistemli iş aparır:

“Bütün potensial donor xəstələrinin həkimləri üçün təlimlər keçirilib. Görülən işlər nəticəsində ilk dəfə bu ilin fevralında orqan köçürülməsi həyata keçirildi – qaraciyər və buynuz qişası transplantasiyası baş tutdu. Ümumilikdə 6 donordan orqan götürülüb, onlardan 2-si meyit donor olub. İndiyədək 32 orqan köçürülməsi həyata keçirilib”.

Əli Hüseynov


SON XƏBƏRLƏR