"2020-ci ilin Vətən müharibəsi Azərbaycanın yalnız ərazi bütövlüyünü deyil, həm də milli suverenliyini real müstəviyə daşıdı".
Bakıvaxtı.az-ın xəbərinə görə, bu fikri Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda səsləndirib.
Onun sözlərinə görə, əgər bir zamanlar Konstitusiyamızda yazılan ‘Azərbaycan vahid və bölünməz dövlətdir’ müddəası kağız üzərində idi, indi bu qan torpaqda, şəhidlərimizin qanı ilə möhürlənib.
STM rəhbəri qeyd edib ki, indi Qarabağ tarixdə ilk dəfə dağıdıcılıq deyil, quruculuq və bütövlüyün simvoluna çevrilib.
Əli Hüseynov
Bakı 


