Donor gözləyənlərin sayı artır, bu isə birbaşa olaraq meyit donorlarının sayından asılıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.
Onun sözlərinə görə, hazırda 4642 vətəndaş dializ müalicəsi alır. Bu şəxslərin donorları yoxdur və onların təxminən 90 faizinin orqan transplantasiyasına ehtiyacı var. Bunun əsas səbəbi isə meyit donorlarının kifayət qədər olmamasıdır.
Yeganə Abbasova bildirib ki, artıq bu sahədə müsbət tendensiya müşahidə olunur və insanlar gözləmə siyahısına daxil olaraq yeni ümid qazanırlar.
Əli Hüseynov
Bakı 



