• Bakı 19° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Azərbaycanda məşhur müğənnilər arasında ŞOK DAVA: "Sənin ağzını..."

ŞOU

20 Sentyabr 2024 | 16:30

Azərbaycanda məşhur müğənnilər arasında ŞOK DAVA: Sənin ağzını...

Müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında baş verən qalmaqal, "Sən Olan Yer Cənnətdir" mahnısı üzərində mübahisələrlə daha da alovlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, iki sənətçinin bir-birilərinin ünvanına atmacalı mesajları mətbuatın gündəmindən qaçmayıb.

Tərəflər arasında baş verən bu gərginlik, mahnının hüquqi mübahisələrə səbəb olacağına işarə edir. Hər iki müğənni, mahnının müəlliflik hüquqları və ifası ilə bağlı öz mövqelərini müdafiə etməyə çalışır. 

Qalmaqalın məhkəmə stolunda müzakirə olunacağı gözlənilir, bu isə cəmiyyətin diqqətini daha da artırır. Sənətçilərin arasındakı bu mübahisə, musiqi dünyasında geniş müzakirələrə səbəb olmaqla yanaşı, onların pərəstişkarları arasında da müxtəlif reaksiyalara yol açıb.

Belə bir zamanda, müğənni Şəbnəm Tovuzlu Vəfa Şərifova ilə yaşadığı qalmaqalı daha da gərginləşdirərək, sosial şəbəkə hesabında yeni bir video paylaşım edib. Videoda Tovuzlu, Vəfa Şərifovaya qarşı təhqir edici ifadələr işlədib, bu isə mübahisənin daha da alovlanmasına səbəb olub.Nevs24.az

 

 


SON XƏBƏRLƏR

20 Sentyabr 2024