Yeniyetmə boksçular arasında Serbiyanın Vrbas şəhərində keçiriləcək Dünya Millətlər Kubokunda iştirak edəcək Azərbaycan idmançılarının adları bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, informasiyanı Azərbaycan Boks Federasiyasının mətbuat xidməti yayıb.
U-17 komandasının baş məşqçisi Vaqif Kazımov, məşqçilər Teymur Məmmədov və Orxan Cəbiyev Vrbasda Aydın Şahbazov, Həsrət Məmmədov (hər ikisi 46 kq), Nihat Məmmədli (48 kq), Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Elcan Musazadə (54 kq), Əli Camalzadə (57 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulova (+80 kq) şans verəcəklər.
Bu gün səfərə yollanan milli iyunun 15-də Bakıya qayıdacaq. Komanda Serbiyaya Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərovun rəhbərliyi altında uçacaq.
Dünya Millətlər Kuboku İyunun 10-da başlayacaq. Yarışın final döyüşləri iyunun 14-də olacaq. Azərbaycanı turnirdə hakim qismində Fərhad Rəhmanov təmsil edəcək.
Bakı 



