Tofiq Fuad oğlu Musayev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının əvvəlki Sərəncamı ilə Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.