• Bakı C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Azərbaycanın ən populyar sosial şəbəkələri 

CƏMİYYƏT

04 Mart 2026 | 13:38

Azərbaycanın ən populyar sosial şəbəkələri 

Bu ilin fevral ayında Azərbaycanda istifadəçilərin"Instagram" sosial şəbəkəsində aktivliyi əvvəlki ayla müqayisədə 4,26 faiz bəndi azalaraq 16,85 faiz təşkil edib.

Bakıvaxtı.az bu barədə "Global Stats" Statistik Mərkəzinin məlumatlarına istinadən xəbər verir.

Bu göstərici üzrə ikinci yeri "Facebook" tutur. Hesabat ayında platformanın payı aylıq ifadədə 10,92 faiz bəndi artaraq 39,8 faizə çatıb.

Siyahıda üçüncü yeri 21,93 faiz göstərici ilə "YouTube" tutur (əvvəlki ayla müqayisədə 0,69 faiz bəndi azalma).

Bu göstəriciyə görə dördüncü yerdə "Pinterest" sosial şəbəkəsi qərarlaşıb. Onun yerli bazardakı payı ötən ayla müqayisədə 2,16 faiz bəndi azalaraq 8,83 faiz təşkil edib.

Media platforması "LinkedIn" 5,79 faiz göstərici ilə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlıq üzrə beşinci yeri tutub (ay ərzində 1,94 faiz bəndi azalma).

Reytinqdə altıncı yeri isə 5,38 faiz göstərici ilə "X" platforması tutub (əvvəlki ayla müqayisədə 1,58 faiz bəndi azalma).


SON XƏBƏRLƏR

03 Mart 2026