Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasına işgüzar səfər edib.
Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, səfərdə məqsəd Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləməkdir.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.
















