• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var" - İlham Əliyev

SİYASƏT

15 Noyabr 2022 | 16:31

"Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var" - İlham Əliyev

"Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib.

"Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişdik. Demək olar ki, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasındaydıq ki, biz sülhməramlı missiyaya qoşulduq və Əfqanıstandan çıxan son iki ölkə arasındayıq. Son iki ölkə - Türkiyə və Azərbaycandır. Bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir", - Prezident vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026