• Bakı 19° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Qaz sayğacları sərfiyyatı artıq yazır?- ŞİKAYƏTLƏR VAR

CƏMİYYƏT

17 Mart 2022 | 22:30 | Müəllif: Subhan Mahmudov

Qaz sayğacları sərfiyyatı artıq yazır?- ŞİKAYƏTLƏR VAR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq qapı” aksiyası 18 mart saat 12:00-da Birliyin Metrologiya Departamentində (Nizami rayonu, Oktay Əliyev 72) keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, "Azəriqaz” İB yanında İctimai Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatının artıq yazması ilə bağlı şikayətlərin daxil olduğunu bildirib. Bu səbəbdən Birlik bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin edəcək.

"Açıq qapı" aksiyası çərçivəsində bu prosesi izləmə imkanınız olacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (bloger) bu tədbirə dəvətlidir.

Aksiya Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026