• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

AzTV öhdəliklərini azaldıb

İQTİSADİYYAT

05 Avqust 2024 | 14:54 | Müəllif: Əli Hüseynov

AzTV öhdəliklərini azaldıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2023-cü ili 19,374 milyon manat xalis mənfəətlə başa vurub.

Bakıvaxtı.az bu barədə telekanalın maliyyə hesabatına istinadən xəbər verir.

Bu il yanvarın 1-nə AzTV-nin aktivləri 34,833 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 37 % azalaraq 1,646 milyon manata düşüb, balans kapitalı isə 1,2 % artaraq 33,187 milyon manata çatıb.

Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,725 milyon manatdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026