• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bağça müdiri koronavirusa yoluxan işçilərini işə çıxarır? -  AÇIQLAMA

CƏMİYYƏT

15 Aprel 2021 | 19:28

Bağça müdiri koronavirusa yoluxan işçilərini işə çıxarır? - AÇIQLAMA

Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 117 saylı bağçanın müdiri Solmaz Hacıyeva koronavirusa yoluxan işçilərini işə çıxararaq karantin qaydalarını sərt şəkildə pozması barədə iddialar səsləndirilib.

Məsələ barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsi ilə əlaqə saxladıq. 

Bakıvaxtı.az xəbər verir ki, idarədən oxu.az-ın sorğusuna cavab olaraq bldirilib ki, sözügedən bağçada fəaliyyət göstərən qruplardan birində müəllim koronavirusa (COVID-19) yoluxub:

“Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə qrup iki həftəlik karantinə bağlanıb. Həmin qrupdakı müəllim, texnik işçi və uşaqlar da evə buraxılıb. Bağça dezinfeksiya olunub”.

İdarədən qeyd edilib ki, bağçanın direktoru Solmaz Hacıyeva koronavirusa yoluxan işçilərini işə çıxması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026