• Bakı 20° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Bakı bunu qəbul etməyəcək - Hikmət Hacıyev

SİYASƏT

31 Avqust 2023 | 11:48 | Müəllif: Subhan Mahmudov

Bakı bunu qəbul etməyəcək - Hikmət Hacıyev

Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə - “Laçın” sərhəd-keçid məntəqəsinə gətirib. Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan korrupsioner Avropa siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu kimi addımların heç bir mənası yoxdur:

“Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026