"Prezident İlham Əliyev Milli Məclisin VII çağırışının ilk iclasında etdiyi geniş və əhatəli çıxışında dövlətin qarşısında duran prioritetləri dəqiq şəkildə ifadə etdi".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Əli Oruclu deyib.
Onun sözlərinə görə, ölkə rəhbərinin çıxışında bütün sahələr demək olar əhatə olundu:
"Çıxışda diqqət çəkən məqamlardan biri də region və ölkə üçün böyük əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh sazişi, həmçinin Cənubi Qafqazda bəzi güclərin göstərdiyi fəaliyyət oldu. Konkret adlar çəkilməsə də, ünvan göstərilməsə də, söhbətin məğzinin hansı qüvvələrdən və hansı fəaliyyətdən getdiyi məlumdur. Təbii ki, sülh prosesi Ermənistan tərəfindən ləngidikcə Azərbaycanın haqlı sualları da, narahatlığı da artır. Bakı təklif etdiyi sülh gündəliyinə sadiqdir və detallar konkret öz əksini tapıb. Qalib ölkə olmasına baxmayaraq, regionun təhlükəsizliyi və maraqları naminə kompromislərə hazır olduğunu da nümayiş etdirib. Lakin İrəvan hər dəfə müxtəlif bəhanələr gətirməklə vaxtı uzadır və silahlanır, hesab edir ki, revanş çıxa biləcək. İtirilmiş mövqeyini bərpa edib, öz şərtlərini diqtə edə biləcək. Bunun planlı şəkildə, himayədarları ilə sinxron olaraq həyata keçirildiyini görürük".

Əli Oruclu: İrəvan hər dəfə müxtəlif bəhanələr gətirməklə vaxtı uzadır və silahlanır
Ə.Oruclu bəyan edib ki, son dövrlər Qərb institutlarının Bakıya qərəzli yanaşmasının artması, ABŞ Konqresində qondarma dinləmələrin keçirilməsi, yaxud sanksiyalarla şantajı sübut edir ki, regionda ayrıcı xətlərin dərinləşməsi və gərginliyin artması kimi bədnam planlanlar var:
"Təsadüfi deyil ki, prezident İlham Əliyev dövlətin qarşısında durduğu vacib məsələləri sılralayarkən ilk növbədə müdafiə gücünü daha da artırması, hərbi sənaye kompleksinin sürətli inkişafı və təhlükəsizlik sahələri ilə bağlı oldu. Bu. ondan irəli gəlir ki, Azərbaycana qarşı real təhdidlər qalmaqdadır və buna laqeyd qalmaq mümkün deyil”.
Müsahibimiz düşünür ki, verilən ismarıclar da, xəbərdarlıqlar da öz ünvanına çatıb və bundan nəticə çıxarılacaq. Ə.Oruclu qeyd edib ki, Azərbaycan ikitərəfli, bərabərhüquqlu və dost münasibətlərinə adekvat olmayanlara da cavab verəcək gücdə olduğunu bir daha bəyan etdi.
“Düşünürəm ki, həmin çıxış ölkəni idarə edənlər üçün də tezis olmalı, qarşıya qoyulan hədəflərə çatmaq üçün məsuliyyətlərini dərk etməlidirlər", - deyə Əli Oruclu əlavə edib.
Aydın Baxış



png-1729759682.webp)


jpg-1729754513.webp)









