• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Bakıda bu məhsul marketlərdən yığışdırılır

CƏMİYYƏT

06 Fevral 2025 | 22:41

Bakıda bu məhsul marketlərdən yığışdırılır

Saxta "Himalay duzu"nun satışı ilə bağlı daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı fakt təsdiqini tapıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, fiziki şəxs Məmməd Adil oğlu Mənsimovun İrandan idxal etdiyi "Behnam Kar Azar Bilasavar Co" şirkətinin istehsalı olan "Morvarid" əmtəə nişanlı çəhrayı duzun Sabirabad şəhəri, Vidadi küçəsi, 8A ünvanında yerləşən qablaşdırılma müəssisəsində "İlğım" əmtəə nişanı ilə "Himalay duzu" adı altında qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Həmçinin məhsulun etiketində tərkibinə yodun qatılması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyi müəyyən olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb, məhsulların satışdan geri çağırılmasına dair qərar qəbul edilib. Ticarət şəbəkələrinin rəhbərlərinə bu məhsulların təchizatçı müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

06 Fevral 2025