• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakıda Çin vətəndaşının ölümü ilə bağlı cinayət işi açıldı

CƏMİYYƏT

02 Avqust 2023 | 14:50

Bakıda Çin vətəndaşının ölümü ilə bağlı cinayət işi açıldı

Bakıda Çin vətəndaşının faciəli şəkildə ölməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a bildirilib ki, avqustun 1-də, saat 8 radələrində özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb və aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR