• Bakı 20° C

    8.44 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Bakıda daha bir avtobus kartla ödənişə keçir

CƏMİYYƏT

26 May 2021 | 12:48

Bakıda daha bir avtobus kartla ödənişə keçir

Bakıda daha bir avtobus BakıKart sisteminə keçir.

Bu barədə Bakıvaxtı.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, mayın 27-dən 49 nömrəli marşrut xətti (“28 May” m/s (Səməd Vurğun bağı) – Sabunçu qəs.(Qəzənfər Musabəyov küç.)) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026