• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakının mərkəzində PARTLAYIŞ: ölən və yaralananlar var - FOTO-VİDEO

HADİSƏ

03 Aprel 2022 | 04:46 | Müəllif: Qalib İbrahimoğlu

Bakının mərkəzində PARTLAYIŞ: ölən və yaralananlar var - FOTO-VİDEO

Bakının mərkəzində güclü partlayış olub.

Bakıvaxtı.az xəbər verir ki, partlayış Səbail rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınıb.

Partlayış zamanı bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb. 

Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış yanğınla nəticələnib.

Hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sülhanə İlham qızı (1987-ci il təvəllüdlü) xəsarət alıblar ("Report"). Yaralılar 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib.

  • Bakının mərkəzində güclü partlayış - 31 yaralı, ölən var - YENİLƏNİB (VİDEO/FOTO)

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR