• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bakıda partlayışda xəsarət alan əcnəbi tələbələrdən XƏBƏR VAR

CƏMİYYƏT

31 Yanvar 2023 | 11:45

Bakıda partlayışda xəsarət alan əcnəbi tələbələrdən XƏBƏR VAR

Sabunçu qəsəbəsində yerləşən evdə baş verən partlayış nəticəsində xəsarət alan Pakistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar.

TƏBİB-dən Bakıvaxtı.az-a  bildirilib ki, hadisə zamanı bədən xəsarəti alan 4 nəfərin vəziyyəti orta ağırdır.

Qeyd olunub ki, yaralılar üz, boyun, əl və ayaqlarında ikinci və üçüncü dərəcəli termiki yanıq diaqnozu ilə Mərkəzin Reanimasiya şöbəsində müalicə alırlar.

Xatırladaq ki, xəsarət alanların Odlar Yurdu Universitetinin tələbələri olduğu bildirilir.


SON XƏBƏRLƏR

26 Aprel 2024