• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Balakəndə 3 narkotik plantasiyası aşkar edilib - saxlanılanlar var

HADİSƏ

17 Sentyabr 2024 | 11:54

Balakəndə 3 narkotik plantasiyası aşkar edilib - saxlanılanlar var

Balakən rayonunda polis əməkdaşları sərhədçilərlə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyatlar zamanı 3 narkotik plantasiyası aşkar edilib.

Çətənə kollarını əkən 5 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan 290 ədəd çətənə kolu “Kalaşnikov” avtomatı, daraq, patronlar və ov tüfəngləri aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Balakəndə 3 narkotik plantasiyası aşkar edilib - saxlanılanlar varBalakəndə 3 narkotik plantasiyası aşkar edilib - saxlanılanlar varBalakəndə 3 narkotik plantasiyası aşkar edilib - saxlanılanlar varBalakəndə 3 narkotik plantasiyası aşkar edilib - saxlanılanlar var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026