"Əhaliyə kreditlər maksimum 5-6%-lə verilsin".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat deyib ki, Azərbaycanda ən ciddi problemlərdən biri əhalinin bank kreditlərinin faizlərinin çox olmasıdır: "Biz bu yaxınlarda Mərkəzi Bankın yeni rəhbərini təyin etdik. Mən yeni sədrdən xahiş edirəm ki, əhaliyə kreditlər verilən zaman, maksimum 5-6%-lə verilsin. Olarmı ki, biz faiz dərəcələrini aşağı endirək, cərimələri ləğv edək? Çünki hazırda əhali qazandığının hamısını borca verir. Bu, olduqca ciddi problemdir. Azərbaycanda elə bir ailə olmaz ki, bank borcları onu əzməsin".
Nuranə Daxilqızı
















