• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bayraktar Qarabağ Zəfərində “Bayraktar” PUA-ların rolundan danışdı

SİYASƏT

07 Fevral 2022 | 11:01 | Müəllif: Qalib İbrahimoğlu

Bayraktar Qarabağ Zəfərində “Bayraktar” PUA-ların rolundan danışdı

“TEKNOFEST” əslində dönüşüm rüzgarı, cəmiyyətin yüksək texnologiyalar yaradan bir ölkəyə çevrilmək üçün səfərbərliyidir”.

Bakıvaxtı.az xəbər verir ki bunu “TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransına çıxış edərkən “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar deyib.

O bildirib ki, Türkiyə xaricində bir “TEKNOFEST” həyata keçiriləcəksə, bunu ilk olaraq can qardaşlarımızın torpaqlarında keçirmək istəyirlər: "Bu səbəbdən Türkiyə xaricində ilk “TEKNOFEST”-i Azərbaycanda təşkil edirik. Unutmayaq ki, müstəqilliyimiz üçün milli müdafiə sənayesinə sahib olmağımız əsas şərtdir. Bunun ən yaxşı nümunəsini Türkiyənin terrorla mübarizəsində və Azərbaycanın Zəfərlə nəticələnən Vətən müharibəsində milli "Bayraktar" silahlı pilotsuz uçuş aparatlardan istifadə edilməsində gördük. Qarabağ işğaldan azad oldu. Bu səbəbdən millətimizin heç kimə bağlı olmadan yüksək texnologiyanı yaratması lazımdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR