• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Berbok: Bakıda qitələr arasında iqlim koalisiyalarının formalaşması üzərində işləyirik

COP29

20 Noyabr 2024 | 10:22

Berbok: Bakıda qitələr arasında iqlim koalisiyalarının formalaşması üzərində işləyirik

İqlim böhranı indiki dövrün təhlükəsizlik siyasətinin ən böyük çağırışıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"O, sərhədlərdə dayanmır və seçki tarixləri ilə maraqlanmır. Bilirik ki, 1,5 dərəcə yoluna çıxmaq üçün mümkün olan hər şeyi etməliyik. COP29-dakı danışıqlar indiyədək heç də asan olmayıb. Biz Bakıda qitələr arasında iqlim koalisiyalarının formalaşması üzərində işləyirik. Yalnız birlikdə irəli gedə bilərik", - o vurğulayıb.

A.Berbok qeyd edib ki, Almaniya və Avropa qlobal iqlim keçidinin maliyyələşdirilməsində etibarlı tərəfdaş olaraq qalır: "Lakin istixana qazı emissiya edən iri ölkələr məsuliyyət daşımalı və emissiyaların azaldılması, həmçinin iqlim maliyyələşdirilməsi sahəsində işləməlidirlər".


SON XƏBƏRLƏR