• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Betis” - “Sevilya” matçı yarımçıq dayandırıldı

İDMAN

16 Yanvar 2022 | 14:30

“Betis” - “Sevilya” matçı yarımçıq dayandırıldı

İspaniya kubokunun 1/8 finalında keçirilən “Betis” - “Sevilya” matçı yarımçıq dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, ilk hissənin sonlarında - hesab 1:1 olduğu vaxt “Betis” azarkeşləri meydana kənar əşyalar atıblar.

Nəticədə qonaq komandanın yarımmüdafiəçisi Joan Jordan başından xəsarət alıb. Hakim dərhal futbolçuları meydandan çıxarıb və oyunu davam etdirməyib. Qarşılaşmanın yenidən keçiriləcəyi və ya meydan sahiblərinə texniki məğlubiyyət veriləcəyi barədə məlumat yoxdur. .

Qeyd edək ki, 1/8  final mərhələsi bir oyundan ibarətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026